Bu ilin yanvar ayında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 191,1 mln. manat dəyərində məhsul istehsal olunub ki, bu da illik müqayisədə 1,3% çoxdur.
"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Hesabat ayında su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 2,2% artaraq 23,8 mln. manat təşkil edib.