Bank Of Baku

Azərbaycanda elektrik xətlərinə texniki baxış dronlarla aparılacaq - VİDEO

Azərbaycanda elektrik xətlərinə texniki baxış dronlarla aparılacaq - VİDEO
# 02 mart 2021 11:13 (UTC +04:00)

“Azərişıq” ASC xətlərə texniki baxışın keçirilməsi məqsədilə xüsusi təyinatlı uçuş aparatları istifadə edəcək.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, dronların işğaldan azad olunan ərazilərdə qurulacaq "Ağıllı şəbəkə"lərdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub.

Bu tip pilotsuz uçuş aparatları sadə foto-video çəkilişləri üçün nəzərdə tutulan dronlardan xeyli fərqlənir. Onlar vasitəsilə 360 dərəcəlik panorama, infraqırmızı spektrdə və temperatur göstəricilərinin vizuallaşdırılması rejimlərində çəkiliş aparmaq mümkündür.

Bundan əlavə, xüsusi yaxınlaşdırma (zoom) funksiyası 25-30 m məsafədən kiçik ölçülü zədələnmələri belə müəyyən etməyə imkan verir.

Hazırda ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində “Şəbəkə qüsurlarının aşkar edilməsində Yüksək texnologiyaların tətbiqi” üzrə təlim-tədris kursuna start verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR