2021-ci ilin yanvar ayında Azərbaycanda 270,9 kq qızıl hasil edilib ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 33,1% azdır.
"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Hesabat dövründə ölkədə 421,5 kq gümüş istehsal edilib. Bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 22% azdır.
Məhsul növləri |
2021-ci ilin yanvar ayında ildə istehsal edilib |
İllik müqayisə, % |
Mis filizləri və konsentratları, ton |
213,6 |
36,9 |
Qiymətli metal filizləri və konsentratları, kq |
692,4 |
-26,8 |
o cümlədən: qızıl |
270,9 |
-33,1 |
gümüş |
421,5 |
-22 |