Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanda 76 min tondan çox duz istehsal edilib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat ilində ölkədə 76,4 min ton duz istehsal olunub. Bu göstərici əvvəlki illə müqayisədə 0,9% azalıb.
Cari ilin yanvarın 1-nə anbarlarda 0,1 min ton hazır məhsul ehtiyatı olub.