Bank Of Baku

Azərbaycanda qaza tələbat artıb

Azərbaycanda qaza tələbat artıb
# 18 fevral 2021 11:27 (UTC +04:00)

Hava şəraitinin kəskin pisləşməsi Azərbaycanda təbii qaza tələbatın artmasına səbəb olub.

"Azəriqaz" İstehsalat Birliyindən "APA-Economics"ə verilən məlumata görə, ötən gündən etibarən ölkədə hava şəraiti kəskin şəkildə dəyişib. Xüsusən, dağlıq rayonlarda şaxtalı hava müşahidə olunur.

"İB-nin əməkdaşları heç bir yerdə qaz təchizatında dayandırmaların olmamasına çalışır. Bəzi qısamüddətli fasilələr isə bizdən asılı olmayan qəza hallarından irəli gələrək baş verib", - “Azəriqaz”dan bildirilib.

Məlumata görə, şəbəkəyə qəbul olunan qazın həcmində də artım var. Təkcə fevral ayının 17-də əhali abonentləri üzrə 32 mln. kubmetrə yaxın qaz qəbulu olub. Ötən ilin eyni günü ilə müqayisədə artım 2,6 mln. kubmetrə və ya 8,8%-ə bərabərdir.

"Deməli, tələbat var və bu da sonda sərfiyyatın artımı anlamına gəlir", - İB-dən qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR