Azərbaycanda tikinti materiallarının istehsalı 15%-ə yaxın azalıb

Azərbaycanda tikinti materiallarının istehsalı 15%-ə yaxın azalıb
# 17 aprel 2020 17:30 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 141,4 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,8% azalıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, tikinti gipsinin istehsalı 39 dəfə, asfaltın istehsalı 9,3%, hörmə üçün hazır beton qarışığının istehsalı 5,2%, tikinti kərpicinin istehsalı 1,5% artıb, sementin istehsalı 3%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 5,1%, tikinti əhənginin istehsalı 29,1%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 36,2%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 59,8% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR