Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% artaraq 909 610,7 min ABŞ dollarına çatıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 69 432,8 min dollar və ya 37% artaraq 257 221,2 min dollar, idxal isə 30 541,2 min. dollar və ya 4,5% azalaraq 652 389,5 min dollar təşkil edib.
Nəticədə, hesabat dövründə 395 168,3 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin analoji dövrü ilə müqayisədə 99 974 min dollar və ya 20,2% azdır.