Bu ilin yanvar ayında Azərbaycanın neft-qaz sektoruna 404,1 mln. manatlıq vəsait yönəldilib ki, bu da illik müqayisədə 15% azdır.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin yanvar ayında ölkənin neft-qaz sektoruna 475,2 mln. manatlıq vəsait yönəlib.
Xatırladaq ki, 2020-ci ildə neft-qaz sektoruna 5 879,7 mln. manatlıq vəsait yönəldilib. Bu göstərici əvvəlki illə müqayisədə 7,1% artıb.