Bank Of Baku

Azərbaycanın qaz təchizatı sisteminin diaqnostikası çərçivəsində müzakirələr aparılıb

Azərbaycanın qaz təchizatı sisteminin diaqnostikası çərçivəsində müzakirələr aparılıb
# 10 sentyabr 2020 12:20 (UTC +04:00)

Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə qaz təchizatı sisteminin diaqnostikası üzrə yaradılmış İşçi Qrupunun üzvləri və beynəlxalq məsləhətçi şirkətin nümayəndələri arasında video-konfrans keçirilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, tədbirdə ölkənin qaz təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahədə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması məqsədilə beynəlxalq məsləhətçi şirkət tərəfindən aparılan diaqnostik təhlillərə dair ilkin hesabat müzakirə edilib.

Qeyd edək ki, ölkədə qaz təchizatı sahəsində islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamı ilə Energetika Nazirliyinə həvalə edilib. Sərəncamda, həmçinin Energetika Nazirliyinin təklifləri əsasında "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun yeni layihəsinin hazırlanması müddəası öz əksini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR