Bank Of Baku

"Azəriqaz" ölkə ərazisində yaranan qaz təchizatı problemlərinin səbəbini araşdırır

"Azəriqaz" ölkə ərazisində yaranan qaz təchizatı problemlərinin səbəbini araşdırır
# 21 yanvar 2021 10:30 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyi ötən gün gecə saatlarında qaz təchizatı ilə bağlı respublika ərazisində yaranan problemlərin səbəbini araşdırır.

Bunu “APA-Economics”ə “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov deyib.

Onun sözlərinə görə, problemlər əsasən kənd yerlərində müşahidə olunub: “Rayon mərkəzlərində və strateji obyektlərdə qaz təchizatı ilə problemlər olmayıb”.

C. Səfərov onu da əlavə edib ki, hazırda İB mütəxəssislərdən ibarət heyət araşdırma aparır: “Araşdırma aparılır ki, problemlər harada yaranıb. Heyət ərazilərə ezam olunub”.

Şöbə rəisi qazın kəsildiyi rayonların adını sadalamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR