Erməni silahlı qüvvələrinin kənd və yaşayış məntəqələrini atəşə tutması nəticəsində 250 dəfədən çox müxtəlif gərginlikli xətlər, həmçinin 30-dan çox transfarmator məntəqəsi vurulub.
"Azərişıq" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, təmas xəttinə yaxın kəndlərdə qısa vaxtda qəzalar aradan qaldırılıb.
Müəssisə rəhbərliyi tərəfindən cəbhə boyu rayonlara ehtiyat dayaqlar, naqillər, KTM və generetaorların çatdırılması ilə bağlı tapşırıqlarını verib.