2019-cu ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 38786,7 min ton neft nəql edilib ki, bu da 2018-ci il ilə müqayisədə 7,9% azdır.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə BTC kəməri ilə 4475,0 min ton tranzit nefti də nəql edilib. Bu, illik müqayisədə 31,4% azdır.
Komitənin məlumatına əsasən, ötən il ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 38786,7 min ton neft nəql edilib (6,5%-lik azalma).