"Brent" markalı neftin qiyməti azalmaqda davam edir. Qiymət azalması 22%-ə yaxın olub.
"APA-Economics"in məlumatına görə, Bakı vaxtı ilə saat 17:11-də "Brent" neftinin bir bareli üçün iyun fyuçerslərinin qiyməti 22,84% azalaraq 19,73 ABŞ dolları təşkil edib (2002-ci ildən bəri ilk dəfə).
WTI markalı neftin iyun fyuçerslərinin qiyməti isə 29,66% azalaraq 14,37 dollara düşüb.