Brent nefti ötən ilin əvvəlindən ilk dəfə 53 dollardan aşağı düşüb

Brent nefti ötən ilin əvvəlindən ilk dəfə 53 dollardan aşağı düşüb
# 27 fevral 2020 10:06 (UTC +04:00)

Brent markalı neftin qiyməti 2019-cu ilin əvvəlindən bəri ilk dəfə 53 ABŞ dollarından aşağı düşüb.

APA-Economics”in məlumatına görə, qiymətlərin bu səviyyəyə çatmasının səbəbi ilk dəfə Çində aşkarlanmış koronavirusun (COVID-19) daha sonra müxtəlif ölkələrdə yayılmasıdır.

“Bu, təəccüblü deyil, çünki müəssisələr bağlanır, logistik zəncirlər dağılır və bu səbəbdən dünya iqtisadiyyatı tənəzzülə uğraya bilər”, - Rusiya mətbuatı bu vəziyyəti məhz belə şərh edir.

Qeyd edək ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin aprel müqaviləsinin dəyəri 1,46% azalaraq 1 barelə görə 52,65 dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR