Bank Of Baku

Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinə dəyişiklik təklif olunur

Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinə dəyişiklik təklif olunur
# 20 avqust 2020 19:07 (UTC +04:00)

Bu gün Azərbaycan Respublikasının Baş Naziri,  Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın video formatda növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İclasda AR DNF-in 2020-ci ilin yeddi ayı ərzində fəaliyyətinin yekunları və Fondun 2020-ci il üçün büdcəsinə ediləcək dəyişikliklər müzakirə edilib. Həmçinin iclasda yeni çağırışlar fonunda DNF-in uzunmüddətli dayanıqlığı məsələləri də ətraflı müzakirə olunub.

Dünya bazarında neftin qiymətinin dəyişməsi, OPEK+ anlaşması üzrə hasilatın azalması və Dövlət büdcəsinin dürüstləşməsi ilə əlaqədar Neft Fondundan büdcəyə əlavə transfert edilməsi Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinə də yenidən baxılması zərurətini yaradıb.

DNF-nin büdcəsinə dəyişikliyi nəzərdə tutan layihə Müşahidə Şurası tərəfindən məqsədəmüvafiq hesab olunub və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi haqda qərar qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR