Bank Of Baku

EIA ABŞ-ın neft hasilatı üzrə proqnozunu korrektə edib

EIA ABŞ-ın neft hasilatı üzrə proqnozunu korrektə edib
# 10 iyun 2020 14:50 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) ABŞ-da bu il ortalama gündəlik neft hasilatının 11,6 mln. barel təşkil edəcəyini proqnozlaşdırır ki, bu da Agentlik tərəfindən may ayında verilən proqnozla müqayisədə 100 min. barel çoxdur.

"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il ABŞ-da neft hasilatının azalması davam edəcək.

Məlumata əsasən, gələn il ABŞ-da ortalama gündəlik neft hasilatı 10,8 mln. barel səviyyəsində olacağı gözlənilir (əvvəlki proqnoz 10,9 mln. barel olub).

Qeyd edək ki, 2019-cu ildə ABŞ-da gündəlik neft hasilatı 12,3 mln. barel təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR