Ötən il ABŞ-da ortalama gündəlik neft hasilatı 11,29 mln. barel təşkil edib.
Bu barədə "APA-Economics" ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) aylıq hesabatına istinadən xəbər verir.
EIA- ın ötən ay verdiyi proqnoza görə, bu göstərici 11,34 səviyyəsində gözlənilirdi.
Buna baxmayaraq, cari il üçün EIA ABŞ da neft istehsalı üzrə proqnozunu dəyişməyib. Belə ki, 2021-ci ildə ölkədə gündəlik neft hasilatı 11,1 mln. barel olacağı gözlənilir.
Bununla yanaşı, EIA gələn il ABŞ-da gündəlik neft hasilatının artacağını gözləyir və 11,49 mln. barel olacağını proqnozlaşdırır.