EIA: Gələn il ABŞ-da ortalama gündəlik neft hasilatı 11 mln. bareldən az olacaq

EIA: Gələn il ABŞ-da ortalama gündəlik neft hasilatı 11 mln. bareldən az olacaq
# 13 may 2020 09:56 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) ABŞ-da bu il ortalama gündəlik neft hasilatının 11,7 mln. barel təşkil edəcəyini proqnozlaşdırır ki, bu da Agentlik tərəfindən mart ayında verilən proqnozla müqayisədə 100 min. barel azdır.

"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il ABŞ-da neft hasilatının azalması davam edəcək. Bu azalmanın 0,8 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır.

Məlumata əsasən, gələn il ABŞ-da ortalama gündəlik neft hasilatı 10,9 mln. barel səviyyəsində olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR