ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) "Brent" markalı neftin qiyməti üzrə proqnozunu kəskin artırıb.
"APA-economics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 60,67 dollar səviyyəsində olacağı gözlənilir, bu, əvvəlki proqnozla müqayisədə 7,47 dollar çoxdur.
Məlumata görə, 2022-ci ildə bu göstəricinin 58,51 dollar səviyyəsində olacağı gözlənilir 3,32 dollarlıq artım).
EIA-in hesablamalarına görə, ötən il "Brent" markalı neftin bir barelinin orta qiyməti 41,69 dollar olub.
Hesabata görə, WTI markalı neftin ötən il orta 2021-ci ildə isə 57,24 dollar (ötən proqnoza əsasən 50,21 dollar) səviyyəsində olacağını proqnozlaşdırır. 2022-ci ildə isə bu göstəricinin 54,75 dollara çatacağı gözlənilir (öncəki proqnoz 51,56 dollar səviyyəsində olub).
Hesabatda həmçinin qeyd olunur ki, ötən il WTI markalı neftin orta qiyməti 39,17 dollar olub.