Bank Of Baku

Ekspert: "Mövcud tələbat fonunda Avropada neft emalı zavodlarının sayı olduqca çoxdur"

Ekspert: "Mövcud tələbat fonunda Avropada neft emalı zavodlarının sayı olduqca çoxdur"
# 09 sentyabr 2020 10:31 (UTC +04:00)

Neft məhsulları bazarında hazırkı tələbat fonunda Avropadakı neft emalı zavodlarının sayı olduqca çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə "Reuters"ə "SOCAR Trading" şirkətinin rəsmisi Xəyal Əhmədzadə deyib.

COVID-19 pandemiyası fonunda Avropa bazarlarında dizelə olan tələbatın kəskin azalmasının neft emalı zavodlarının fəaliyyətinə mənfi təsirini şərh edən X. Əhmədzadə bildirib ki, bəzi treyderlər dizelin qiymətlərinin sıfıra yaxınlaşacağını və hətta mənfiyə düşəcəyini gözləyir. O həm də əlavə edib ki, aşağı tələbat mühitində bəzi neft emalı zavodları daha işləyə bilməyəcək.

"Qazoil və dizel neft emalı zavodlarında istehsal olunan məhsulların 40-50%-ni təşkil edir və bu məhsullar üzrə gəlir əldə olunmalıdır, əks halda neft emalı zavodları yalnız nağd pul itirib bağlanmalıdır", - deyə X. Əhmədzadə qeyd edib.

Qeyd edək ki, hazırda Avropada 90-dan çox neft emalı zavodu fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR