Bank Of Baku

"Equinor" bu ilin I rübünü zərərlə başa vurub

"Equinor" bu ilin I rübünü zərərlə başa vurub
# 07 may 2020 18:00 (UTC +04:00)

Norveçin neft-qaz şirkəti olan “Equinor”un xalis zərəri 2020-ci ilin yanvar-mart aylarında 708 mln. ABŞ dolları təşkil edib.

APA-Economics”in şirkətə istinadən verdiyi məlumata görə, ötən ilin I rübünü şirkət 1,71 mlrd. dollarlıq mənfəətlə başa vurmuşdu. Şirkətin maliyyə nəticələrinə əsasən dünya bazarında neftin qiymətlərinin enməsi təsir edib.

Məlumata əsasən, şirkətin xalis əməliyyat mənfəətinə 2,45 mlrd. dollar dəyərində olan aktivlərin dəyərdən düşməsi nəticəsində yaranan xalis itkilər təsir göstərib. Aktivlərin 0,86 mlrd. dolları Norveçin kontinental şelfinin, 1,4 mlrd. dolları isə şirkətin beynəlxalq portfelinin payına düşüb. Aktivlərin dəyərsizləşməsi əsasən qısamüddətli qiymət proqnozlarının azalması ilə əlaqədardır. “Equinor”un üçaylıq gəliri 8,5% azalaraq 15 mlrd. dollara enib.

Bununla yanaşı, I rübdə şirkətin gündəlik karbohidrogen hasilatı 2,23 mln. barel neft ekvivalenti təşkil edib ki, bu da 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 3% çoxdur.

Qeyd edək ki, “Equinor” Azərbaycanda da təmsil olunub. Şirkət SOCAR-la “Qarabağ” yatağının işlənməsi və “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili istiqamətində əməkdaşlıq edirlər. Bununla yanaşı, şirkətlər “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənilməsi layihəsində iştirak payına malikdir (7,27%).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR