Bank Of Baku

"Etilen-Polietilen" zavodunun modernizasiyası bu ilin III rübündə başa çatacaq

"Etilen-Polietilen" zavodunun modernizasiyası bu ilin III rübündə başa çatacaq
# 13 fevral 2020 10:36 (UTC +04:00)

SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin "Etilen-Polietilen" zavodunun modernizasiyası bu ilin III rübündə tam başa çatdırılacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə jurnalistlərə "Etilen-Polietilen" zavodunun baş mühəndisin modernizasıya üzrə müavini Qadir Əliyev bildirib.

Onun sözlərinə görə, zavodda modernizasiyanın aktiv fazasına 2017-ci ildə başlanılıb.

"Modernizasiya çərçivəsində işlərinin 94%-i başa çatdırılıb. Artıq ilkin sazlama işlərinə başlanılıb", -  deyə Q. Əliyev qeyd edib.

Qeyd edək ki, "Etilen-Polietilen" zavodu 1989-cu ildən fəaliyyətdədir. Zavodun modernizasiyasının baş podradçısı "Technip" şirkətidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR