Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan dəmir və ya aşqarlanmış poladdan çubuqların idxalını illik müqayisədə 1 813 ton və ya 49,1% artıraraq 5 507,5 tona çatdırıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Hesabat dövründə Gürcüstanın idxal etdiyi məhsulun dəyəri 2 529,1 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin ilk iki ayı ilə müqayisədə 45,5% çoxdur.