Bank Of Baku

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını 23% azaldıb

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını 23% azaldıb
# 16 iyun 2020 10:14 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan 415,876 mln. kV-saat elektrik enerjisi idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Enerjisi Sisteminin Kommersiya Operatorunun (ESCO) hesabatında qeyd olunub.

Bildirilib ki, bu, illik müqayisədə 123,794 mln. kV-saat və ya 22,8% azdır. Belə ki, 2019-cu ilin ilk beş ayında Gürcüstan Azərbaycandan 539,67 mln. kV-saat elektrik enerjisi idxal edib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana elektrik enerjisi ixracı isə (elektrik enerjisinin mübadiləsi əməliyyatları çərçivəsində – red.) 13,222 mln. kV-saat təşkil edib.

Hesabat dövründə Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi təchizatçısı olub. Belə ki, qonşu ölkə yanvar-may ayları ərzində ümumilikdə 786,96 mln. kV-saat elektrik enerjisi idxal edib. Bunun 52,8%-i Azərbaycanın, 47,1%-i isə Rusiyanın (371,083 mln. kV-saat) payına düşüb. Hesabat dövründə Azərbaycan Gürcüstan ərazisi ilə Türkiyəyə 51,09 mln. kV-saat elektrik enerjisi ixrac edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR