Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 4 490,4 min ABŞ dolları dəyərində 7 754,5 ton dəmir və polad çubuqlar idxal edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.
Bildirilib ki, Azərbaycandan idxal edilən məhsulun dəyəri illik ifadədə 792,7 min dollar və ya 21,4% artıb, həcmi isə 350,1 ton və ya 4,3% azalıb. Belə ki, 2020-ci ilin ilk 3 ayı ərzində Gürcüstan Azərbaycandan 3 697,7 min dollar dəyərində 8 104,6 ton dəmir və polad çubuqlar idxal edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycandan sement idxalının dəyəri isə illik ifadədə 1 461,1 min dollar və ya 42,2% artaraq 4 918,8 min dollara çatdırıb. İdxal edilən məhsulun həcmi isə illik müqayisədə 41 609,7 ton və ya 63% artaraq 107 627 tona çatıb.