Bank Of Baku

IEA: Yaxın gələcəkdə neft bazarında əlavə ciddi bir ləngimə gözlənilmir

IEA: Yaxın gələcəkdə neft bazarında əlavə ciddi bir ləngimə gözlənilmir
# 07 sentyabr 2020 10:47 (UTC +04:00)

Neft bazarında olduqca böyük bir qeyri-müəyyənlik var, lakin önümüzdəki aylarda əlavə bir ciddi yavaşlama gözlənilmir.

"APA-Economics" məlumatına görə, bunu "Reuters"ə açıqlamasında Beynəlxalq Enerji Agentliyinin (IEA) Enerji Bazarları və Təhlükəsizliyi üzrə direktoru Keysuke Sadamori deyib.

O bildirib ki, bazarda tezliklə real güclü artımın olacağı gözlənilməsə də, tələb üzrə proqnoz üç ay əvvəl ilə müqayisədə daha sabitdir.

Qeyd edək ki, avqustun 13-ü IEA bazarda neftə olan tələbat üzrə proqnozunu endirmişdi və azalan aviareyslərin tələbatın gündəlik 8,1 mln. barel azala biləcəyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR