IEA: Enerji daşıyıcılarının qiyməti qənaətbəxşdir

IEA: Enerji daşıyıcılarının qiyməti qənaətbəxşdir
# 20 dekabr 2019 16:36 (UTC +04:00)

"Dünyada enerji daşıyıcılarının həcminin çox olması şəraitində onlara olan qiymət son dərəcə münasibdir".

"APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol deyib.

Onun sözlərinə görə, dünya bazarlarında neft və qaz tədarükünün həcmi artır. Nəticədə, dünyada enerji daşıyıcılarının qiymətləri son dərəcə məqbuldur.

"Məsələn, dünyada təbii qazın qiyməti əvvəlki 4-5 illə müqayisədə iki dəfə aşağı düşüb. Səudiyyə Ərəbistanında baş verən terror hücumu və Venesuelada istehsalın azalması kimi vəziyyətlərə baxmayaraq, neftə olan qiymətlər il ərzində orta hesabla 60 dollar civarında olub. Bu, bizim kimi idxal edən ölkələr üçün çox yaxşı bir xəbərdir", - deyə, F. Birol əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR