Bank Of Baku

İran neft-kimya sənayesində gəlirləri 37 mlrd. dollara çatdırmaq niyyətindədir

İran neft-kimya sənayesində gəlirləri 37 mlrd. dollara çatdırmaq niyyətindədir
# 08 fevral 2021 10:47 (UTC +04:00)

İranın neft-kimya məhsulları istehsalı gücü 2022-ci il üçün 100 mln. tona çatacaq.

"APA-Economics"in İranın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın neft naziri Bijan Zangane bildirib.

Onun sözlərinə görə, 2022-ci il üçün ölkənin neft-kimya sənayesindən əldə edəcəyi gəlirləri 25 mlrd. ABŞ dollarına çatacaq.

Bununla yanaşı, B. Zangane bildirib ki, neft-kimyadan əldə olunan gəlirlərin həcmini 37 mlrd. dollara çatdırmaq üçün hazırda istehsalı təqribən 133 mln. tona çatdırmaq məqsədi ilə müvafiq planın hazırlanması üzərində işlər aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR