Bank Of Baku

İsrail SOCAR-a Aşdodda NEZ-in alınmasını təklif edib

İsrail SOCAR-a Aşdodda NEZ-in alınmasını təklif edib
# 31 avqust 2020 12:02 (UTC +04:00)

"SOCAR-a İsrailin Aşdod şəhərində yerləşən "Paz" neft emalı zavodunun (NEZ) alması ilə bağlı təkliflər daxil olub".

Bunu "APA-Econimics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov İsrail mətbuatında SOCAR-ın sözügedən zavodu alması ilə bağlı dərc olunan xəbəri şərh edərkən deyib.

İsrailin "Calcalist" qəzetində "Aşdod" zavodunun alınması üçün SOCAR-a yerli tərəfdaşın tələb olması səbəbindən Azərbaycan nümayəndələrinin bir neçə İsrail şirkəti ilə danışıqların aparıldığı qeyd olunur. Tərəfdaş qismində İsrailin "Şafir Andasa" və "Aspen" şirkətləri qeyd olunur.

"Belə bir təklif bizə daxil olub, lakin SOCAR hazırda belə bir investisiyanı nəzərdən keçirmir", - deyə İ. Əhmədov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR