Bank Of Baku

"Lukoil"da əsaslı kadr dəyişiklikləri aparılıb

"Lukoil"da əsaslı kadr dəyişiklikləri aparılıb
# 25 iyun 2020 14:27 (UTC +04:00)

Ravil Maqanovun Rusiyanın "Lukoil" neft şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə seçilməsi ilə əlaqədar olaraq şirkətin birinci vitse-prezidenti vəzifəsini icra edən Vadim Vorobyov "Lukoil"ın birinci icraçı vitse-prezidenti vəzifəsinə təyin edilib.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, Rusiyada neft və qaz hasilatı üzrə şirkətin baş vitse-prezidenti Azat Şamsuarov "Lukoil"ın birinci vitse-prezidenti vəzifəsinə keçirilib.

Məlumata görə, istehsal xidmətləri üzrə vitse-prezident vəzifəsini icra edən Sergey Koçkurov isə Rusiyada neft və qaz hasilatı üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR