Bank Of Baku

Meksika 19 yataqda neft hasilatını dayandıra bilər

Meksika 19 yataqda neft hasilatını dayandıra bilər
# 22 aprel 2020 17:40 (UTC +04:00)

 

Meksika neftin qiymətinin düşməsi səbəbindən 200-dən çox quyu olan 19 yeni yataqda neft hasilatını dayandırmağa hazırdır.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Meksikanın prezidenti Andres Manuel Lopez Obrador bildirib.

"Keçən il, uzun illərdən sonra 19 yeni yatağın işlənməsinə başlandı. 200-dən çox yeni quyu qazdıq. Bu quyulardakı klapanları təzyiq itirmədən bağlamaq mümkün olacaq. Bunu köhnə quyularda, yetkin sahələrdə etmək mümkün deyil. Bu bizə hasilatı azaltmağa hazırlaşdığımız indiki vaxtda kömək edəcək", -Lopez Obrador qeyd edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR