Bank Of Baku

Mesut İlter: "Neft qiymətlərinin artımı qısa bir zamanda baş verə bilməz"

Mesut İlter: "Neft qiymətlərinin artımı qısa bir zamanda baş verə bilməz"
# 29 aprel 2020 17:29 (UTC +04:00)

Dünya bazarlarında neftin bir barel üçün qiyməti 1 ilə 30-35 ABŞ dolları arası səviyyəyədək arta bilər.

"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodun (NEZ) baş direktoru Mesut İlter deyib.

"Proqnozum odur ki, orta və uzunmüddətli dövrdə qiymətlər artacaq. Lakin bu artım tez baş verə bilməz", - deyə, M. İlter qeyd edib.

Artım dinamikasından danışan M. İlter neft qiymətlərinin növbəti 3 ayda 15-20 dollar, 6 və 9 aylıq dövrdə isə müvafiq olaraq 20-25 dollar və 25-30 dollar səviyyəsində olacağını proqnozlaşdırır.

Bununla yanaşı, yeni növ koronavirusun (COVID-19) yayılmasının gedişatından asılı olaraq, neftə olan qiymətlər çox fərqli bir şəkildə inkişaf edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR