Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 4,7 mln. kredit verilib.
Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Econonics"ə verilən məlumata görə, sənayedə istehsalın həcminin artması nəticəsində bu ilin ilk rübündə 41,6 mln. ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.