Bank Of Baku

Nazirlik: Neft qiymətlərinin kəskin artımını gözləməyə dəyməz

Nazirlik: Neft qiymətlərinin kəskin artımını gözləməyə dəyməz
# 06 may 2020 16:20 (UTC +04:00)

Dünya anbarlarda saxlanılan əmtəəlik neft ehtiyatlarının azalması bu ilin üçüncü rübündə də baş verə bilər.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Energetika nazirinin müavini Pavel Sorokin deyib.

Bununla yanaşı, P. Sorokin onu da qeyd edib ki, bu səbəbdən (əmtəəlik neft ehtiyatlarının azalması – red.) neft qiymətlərinin kəskin artımını gözləməyə dəyməz.

Onun sözlərinə görə, bazarda cüzi bir defisitin yaranmasından anbarlardan neftin götürülməsinə başlanılacaq: "Lakin bu, o demək deyil ki, qiymət yaxın vaxtda kəskin artacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR