Novak: Koronavirus peyvəndləri qlobal neft tələbatının bərpasına kömək edir

Novak: Koronavirus peyvəndləri qlobal neft tələbatının bərpasına kömək edir
# 28 dekabr 2020 16:39 (UTC +04:00)

Koronavirus peyvəndlərinin qlobal bazarda ortaya çıxması neft tələbatının bərpa olunmasına kömək edir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, qlobal neft bazarı 2021-ci il ərzində böhrandan əvvəlki göstəricilərə qayıda bilər: "2020-ci ilin ərzində tələbatın canlanmasını artıq müşahidə etdik, lakin yenə də böhrandan əvvəlki parametrlərə çatmadıq. Ümid edirik, 2021-ci ildə hələ pandemiyanın yayılmasından əvvəlki göstəricilərə çatacağıq".

Baş nazirin müavininin sözlərinə görə, nikbin proqnozlara əsasən, 2021-ci ildə gündəlik qlobal neft tələbatı 5-6 mln. barel arta bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR