Rusiya hökuməti neftin mövcud bazar vəziyyəti üçün neftin qiymətinin 45-55 ABŞ dolları diapazonunda olmasını optimal hesab edir.
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak deyib.
Onun sözlərinə görə, bir tərəfdən bu diapazon bazarı "qızdırmamaq" (bazarda vəziyyətin sabit saxlamaq – red.) üçün şərait yaradır, ikinci tərəfdən isə, istehsalçılara dəstək göstərməyə imkan verir.
"Rusiya tərəfindən azaldılan hasilatın bərpası üçün də neftin bir bareli üçün olan qiymətinin 45-55 dollar civarında olması da optimal sayılır", - A. Novak vurğulayıb.