"OPEC+"ın (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) Texniki Komitəsi 2021-ci ildə dünyada kommersiya neft ehtiyatlarının orta hesabla gündəlik 1,1 mln. barel azalacağını proqnozlaşdırır.
"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində kommersiya neft ehtiyatlarının həcminin iyun ayında orta beşillik səviyyədən aşağı olacağı gözlənilir.
Bununla yanaşı, Texniki Komitə bu ilin aprel-iyun aylarında OPEC ölkələri tərəfindən gündəlik neft hasilatının 0,5 mln. barel artırılacağını ehtimal edir.