OPEC+ təşkilatının Texniki Komitəsi neft hasilatının azaldılması üzrə mövcud kvotanın 2020-ci ilin sonuna qədər uzadılmasını nəzərdən keçirməyi tövsiyə edib.
“APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Əlcəzairin Energetika naziri Məhəmməd Arkaba deyib.
Hazırda OPEC konfransına sədrlik edən M. Arkab OPEC+ Texniki Komitəsi həmçinin neft hasilatının azaldılmasını gücləndirməsini də tövsiyə edib. Bununla bağlı qərar 2020-ci ilin II rübünün sonunda veriləcək.
Əlcəzairli nazir koronavirusun iqtisadiyyatın inkişafına mənfi təsir etdiyini bildirib: "Epidemiya həm Çində, həm də Asiya bölgəsində iqtisadi fəaliyyətə, xüsusilə nəqliyyat, turizm və sənayeyə mənfi təsir göstərir və tədricən bütün dünyanı əhatə etməyə başlayır".
Qeyd edək ki, OPEC+ Texniki Komitəsi çərşənbə günü Vyanada keçirilən iclasda alyans ölkələrinə koronavirusun neft bazarına təsirini dayandırmaq məqsədilə gündəlik hasilatı daha 600 min barel azaltmağı tövsiyə edib.
OPEC+ sazişi 31 mart tarixinədək alyans ölkələri tərəfindən gündəlik neft hasilatının 1,7 mln. barel azaldılmasını nəzərdə tutur. Çindəki vəziyyət yaranmamışdan öncə OPEC ölkələri bu kvotanın iyun ayında yenidən baxılması ehtimalı ilə ilin sonuna qədər uzadıla biləcəyinə inanmağa meylli idilər. Lakin Çinə aviareyslərin azalması səbəbindən analitiklər və müşahidəçilər neftə olan tələbatın kəskin azalacağını proqnozlaşdırıblar.