2019-cu il ildə Gürcüstan elektrik enerjisinin idxalını 7.5% artırıb, ixracını isə 58.7% azaldıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Sisteminin Kommersiya Operatorunun (ESCO) hesabatında bildirilib. Qeyd edilib ki, ötən il ərzində Gürcüstan ümumilikdə 1623 milyon KvS elektrik enerjisi idxal edib. 2018-ci ildə isə bu göstərici 1508.82 milyon KvS olub.
Hesabat dövründə Gürcüstanın elektrik enerjisi idxalının 68%-I Azərbaycanın, 32%-I isə Rusiyanın payına düşüb.