Aprelin 14-də Qobu qəsəbəsi və Nübar yaşayış massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.
"Azərişıq" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, Xırdalan ETSİ-nin xidməti ərazisində yerləşən 110/35/10 kv-luq "Qobu Yarımstansiyası"ndan qidalanan 10 kv-luq "Qobu-1" və 10 kv-luq "Nübar-1" hava elektrik verilişi xətlərində aparılan yenidənqurma və cari təmir işləri ilə əlaqədar olaraq Qobu qəsəbəsi və Nübar yaşayış massivinin bəzi ərazilərində 14 aprel 2020-ci il tarixində saat 11:30-dan 16:00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.