Bank Of Baku

SOCAR: "Daşgil-2" terminalının gündəlik ötürücülük gücü 24 mln. kubmetr olacaq

SOCAR: "Daşgil-2" terminalının gündəlik ötürücülük gücü 24 mln. kubmetr olacaq
# 05 may 2020 15:56 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid-Babək" qaz-kondensat blokundan hasil olunacaq qaz və kondensatın ilkin emalı üçün tikilən "Daşgil-2" terminalının gündəlik ötürücülük gücü 24 mln. kubmetr olacaq.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, Terminalın 2019-cu ilin sentyabrında başlanılmış tikinti işləri hazırda davam etdirilir.

Məlumata əsasən, qarşıdakı dövrdə “Ümid” yatağında daha bir platformanın ("Ümid-2") tikilib quraşdırılması, yaxınlıqdakı “Babək” strukturunda kəşfiyyat-qazma işlərinin aparılması planlaşdırılıb. “Ümid-Babək” blokundan hasil olunacaq qaz və kondensat çıxarılan məhsul terminala sualtı boru xətti vasitəsilə çatdırılacaq.

"Gələcəkdə "Babək" strukturunda qazılacaq kəşfiyyat quyusundan hasil olunacaq məhsulun boru xətti vasitəsilə "Ümid-1" platformasına, oradan isə sualtı xətlə "Daşgil-2" terminalına nəql edilməsi nəzərdə tutulub", - məlumatda qeyd edilir.

Xatırladaq ki, "Ümid" yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. "Ümid" yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib.

Qeyd edək ki, 2017-ci il yanvarın 12-də "Ümid" yatağının və "Babək" perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la "SOCAR Umid Oil and Gaz Ltd." şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında "SOCAR Umid Oil and Gas Ltd." şirkəti və "Umid, Babek Exploration & Production" şirkəti arasında müqavilə imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR