Bank Of Baku

SOCAR hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib

SOCAR hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib
# 22 iyul 2020 11:47 (UTC +04:00)

Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR bütün təhlükəsizlik tədbirlərini gücləndirib.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, küləkli hava şirkətə məxsus dəniz obyektlərindən təxliyəyə səbəb olacaq dərəcədə olmayıb. Lakin açıq səthlərdə aparılan və hazırkı hava şəraitində təhlükə yarada biləcək işlər dayandırılıb.

"Bütün təhlükəsizlik tədbirləri gücləndirilib", - deyə İ. Əhmədov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR