Bank Of Baku

Sentyabrda Belarusa neft tədarükü 1,6 mln. ton təşkil edəcək

Sentyabrda Belarusa neft tədarükü 1,6 mln. ton təşkil edəcək
# 01 sentyabr 2020 17:14 (UTC +04:00)

Bu ilin sentyabr ayında Belarusa neft tədarükü 1,6 mln. ton təşkil edəcək.

"APA-Economics"in "BelTA"ya istinadən verdiyi məlumata görə, bu barədə "Belneftexim" konsernindən bildirilib.

"Ümumilikdə, sentyabr ayında Belarusa 1,606 mln. ton, o cümlədən Rusiyadan boru kəməri vasitəsilə 1,45 mln. ton neft çatdırılacaq. Qalan hissəsi tanker və dəmir yolu ilə bəql olunacaq", - deyə konserndən bildirilib.

Qeyd edək ki, Belarus Azərbaycandan növbəti neft partiyasının (94 min ton – red.) göndərilməsini gözləyir. Tanker 2-4 sentyabr tarixlərində "Yujnı" limanına çatmalıdır. Neft Mozırski Neft Emalı Zavoduna göndəriləcək.

Xatırladaq ki, bu ilin mart-aprel aylarında SOCAR Belarusa 335 min ton neft göndərib (4 dəfəyə). İyunda Azərbaycan Belarusa 85 min ton, iyulda isə 650 min ton neft tədarük edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR