Bu ilin I rübündə Səudiyyə Ərəbistanının neft ixracı illik müqayisədə 21,9% azalaraq dəyər ifadəsində 40 mlrd. ABŞ dolları təşkil edib.
"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Krallığın Statistika İdarəsi bildirir.
Məlumata əsasən, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə Səudiyyə Ərəbistanının neft ixracı dəyər ifadəsində 11 mlrd. dollar azalıb.