Türkiyə 15 noyabr 2017-ci il tarixində Aşqabadda (Türkmənistan) imzalanan tranzit və nəqliyyat sahəsində əməkdaşlıq haqqında sazişi (Lapis Lazuli marşrutu haqqında saziş) təsdiqləyib.
Bu barəddə "APA-Economics" Türkiyənin "Resmi Gazete"sinə istinadən xəbər verir.
Qeyd edək ki, saziş Əfqanıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanıb.
Xatırladaq ki, "Lapis Lazuli" layihəsinə görə, dəmir və avtomobil yolları Turgundi şəhərini (Əfqanıstan) Aşqabad, sonra isə Xəzərin sahilində yerləşən Türkmənbaşı limanı ilə birləşdirəcək. Sonra isə dəhliz Bakıya, oradan isə Gürcüstan və Türkiyəyə gədər davam edəcək.