“A-Qrup Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinin sədri Abas Miskərli şirkətdən ayrılıb.
Bu barədə "APA-Economics"ə sığorta şirkətindən bildirilib. Məlumata görə, onu bu vəzifədə İH sədr müavini Natəvan Məmmədova müvəqqəti əvəz edir.
Xatırladaq ki, “A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.