Bank Of Baku

ABŞ 2023-2024-cü illər üçün Azərbaycanın neft hasilatı üzrə proqnozunu açıqlayıb

ABŞ 2023-2024-cü illər üçün Azərbaycanın neft hasilatı üzrə proqnozunu açıqlayıb
# 08 fevral 2023 09:04 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2023-2024-cü illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.

"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 660 min barel təşkil edəcəyi ehtimal edilir, bu da öncə verilən proqnoza bərabərdir.

Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 650 min barel təşkil edəcək (proqnoz dəyişməyib).

Hesabatda qeyd olunur ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub.

Xatırladaq ki, 2021-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub. 2020-ci və 2019-cu illərdə sözügedən göstərici müvafiq olaraq 700 min barel və 780 min barel səviyyəsində olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR