Azərbaycan Prezidentinin Avropa İttifaqı ilə enerji təhlükəsizliyi ilə bağlı strateji tərəfdaşlığını yüksək qiymətləndirir və alqışlayırıq.
APA xəbər verir ki, bunu ABŞ-ın ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ və xarici Ticarət Xidmətləri üzrə baş direktoru Arun Venkataraman media üçün brifinqdə bildirib.
O, Azərbaycanın hazırkı vəziyyətdə tarixi rol oynadığını bildirib.
“Azərbaycan hazırkı vəziyyətdə tarixi rol oynayır, Azərbaycanın liderliyini alqışlayırıq. Avropa qitəsində enerji çatışmazlığı böhranı olduğu zamanda Azərbaycanın göstərdiyi liderliyə görə minnətdarıq. Biz görürük ki, Azərbaycan kimi ölkələrə irəli addımlayaraq əsl liderlik göstərir və bu böhranın həlli istiqamətində tarixi addımlar atır”, - ABŞ ticarət katibinin köməkçisi qeyd edib.