ABŞ Energetika Nazirliyi 2022-ci ildə "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozu 82,87 dollardan 105,22 dollara yüksəldib.
"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, martın ilk həftəsində Rusiyanın Ukraynada hərbi əməliyyatına başlaması və onun ardınca Rusiyaya qarşı sanksiyalarının tətbiqi fonunda "Brent" markalı neftin qiyməti kəskin şəkildə artıb.
Məlumata görə, 2022-ci ilin II rübündə neftin qiyməti bir barel üçün 116 dollar, ilin ikinci yarısında isə 102 dollar səviyyəsində olacaq. 2023-cü ildə neftin qiyməti 89 dollaradək enə bilər.