Bank Of Baku

ABŞ bu il neft hasilatını azaldacaq, gələn il artıracaq - PROQNOZ

ABŞ bu il neft hasilatını azaldacaq, gələn il artıracaq  - PROQNOZ
# 14 dekabr 2021 10:43 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ABŞ üzrə 2021-2022-ci illər üçün ortalama gündəlik neft hasilatına dair proqnozunu yüksəldib.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2021-ci il üçün ABŞ-da gündəlik neft hasilatı 11,14 mln. barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnoz ilə müqayisədə 0,08 mln. barel artıma doğru korrektə deməkdir. Ötən ilin göstəricisi ilə müqayisədə bu il hasilat üzrə 0,15 mln. azalma gözlənilir.

OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 11,78 mln. barel səviyyəsində olacaq, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 0,12 mln. barel çoxdur.

Proqnoza əsaslanaraq qeyd etmək olar ki, bu ilin proqnoz göstəricisi ilə müqayisədə gələn il ABŞ gündəlik neft hasilatını 0,65 mln. barel artıra bilər.

OPEC-in məlumatlarına görə, ötən il ABŞ-da gündəlik neft hasilatı 11,28 mln. barel olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR